İrlandiya polisi 2 tondan çox kokain daşımaqda şübhəli bilinən 6 nəfəri saxlayıb

28 Sentyabr 2023 17:21 (UTC+04:00)

İrlandiya polisi 2 tondan çox kokain daşımaqda şübhəli bilinərək üç ukraynalı olmaqla 6 nəfəri saxlayıb.

Aznews.az xəbər verir ki, bu barədə cümə axşamı, sentyabrın 28-də RTE məlumat yayıb.

"Polis narkotiklərin tapıldığı MV Metyu yük gəmisinin ekipaj üzvlərini sorğu-sual etməyə davam edərkən üç şüphəli - bir iranlı və iki ukraynalı həbs olundu" ,-deyə məlumtada bildirilib.

Digər üç şəxs isə (Ukrayna və Böyük Britaniya vətəndaşı) Ueksforddakı polis bölmələrində dindirilir.

Mövsüm