TDT Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

29 Sentyabr 2023 11:37 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Təşkilat başsağlığı mətnini "X" hesabında paylaşıb.

"Bütün ömrünü türk dünyasına xidmətə həsr edən, Azərbaycanın millət vəkili Qənirə Paşayevanın vəfatından kədərləndik. Mərhuma Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirik. Türk dünyasının başı sağ olsun", - başsağlığında bildirilib.