Pentaqon İran və Şimali Koreyanı “daimi təhdid” adlandırıb

29 Sentyabr 2023 12:05 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Kütləvi Qırğın Silahları ilə Mübarizə Strategiyası” adlı sənədində İran və Şimali Koreyanı “daimi təhdidlər” kimi xarakterizə edib.

Aznews.az xəbər verir ki, Pentaqon 2014-cü ildən bəri ilk dəfə "Kütləvi Qırğın Silahları ilə Mübarizə Strategiyası" sənədini dərc edib.

Sənəddə İran və Şimali Koreya “daimi təhdid”, Çin “artan təhlükə”, Rusiya isə “kəskin təhdid” adlandırılıb.

Şimali Koreya ilə bağlı bölmədə “Bacarıqların inkişafı Şimali Koreyaya münaqişənin istənilən mərhələsində nüvə silahından istifadə etməyə imkan verir”,-deyə qeyd edilib.

İranla bağlı hissədə “O, İranın hazırda nüvə silahı proqramını davam etdirmədiyini, lakin bu ölkənin 2 həftədən az müddətdə nüvə silahı hazırlamaq üçün xammala malik olduğunu qiymətləndirir”,-bildirilib.

Mövsüm