Əfqanıstanın Yeni Dehlidəki səfirliyi fəaliyyətini dayandırmaq qərarına gəlib

29 Sentyabr 2023 13:54 (UTC+04:00)

Bildirilib ki, Əfqanıstanın Yeni Dehlidəki səfirliyi fəaliyyətini dayandırmaq qərarına gəlib.

Aznews.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Xəbərdə, Hindistanın paytaxtı Yeni Dehlidə fəaliyyət göstərən Əfqanıstan səfirliyi qərarını Hindistan Xarici İşlər Nazirliyinə çatdırıb.

Xəbərdə Əfqanıstan səfiri Fərid Mamundzayın hazırda İngiltərənin paytaxtı Londonda olduğu bildirilib.

Əfqanıstanda Əşrəf Qani hökuməti tərəfindən təyin edilən Mamundzay 2021-ci ildən etibarən Taliban administrasiyasında vəzifəsini davam etdirib.

Aprel-may aylarında Talibanın Mamundzayın yerinə missiyanın başına müvəqqəti işlər vəkili təyin etdiyi barədə məlumatlar yayılmışdı.

Mövsüm