Ukrayna böhranını həll etmək üçün atəşkəs, silah tədarükünün dayandırılması lazımdır - Çin səfiri

29 Sentyabr 2023 14:24 (UTC+04:00)

Çin hesab edir ki, Ukrayna münaqişəsinin həlli üçün atəşkəs və bütün silah tədarükünün dayandırılması lazımdır.

Aznews.az xəbər verir ki, bu barədə Çinin Moskvadakı səfiri Zanq Hanhui qeyd edib.

“Biz hesab edirik ki, bu cür münaqişələrin həlli üçün ilk növbədə atəşkəs əldə etmək və bütün silah tədarükünü dayandırmaq lazımdır",-deyə səfir bildirib.

Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri zamanı Pekinin Rusiya tərəfinə Ukrayna ilə bağlı yenilənmiş sülh planını təklif etmək niyyətində olub-olmaması ilə bağlı suala səfir bildirib ki, Çin tərəfi “həmişə münaqişələrin sülh yolu ilə həlli mövqeyindən çıxış edir”.

Mövsüm