Masallıda “Vətən səmasının sönməyən ulduzları” kitabının təqdimatı keçirildi

29 Sentyabr 2023 16:31 (UTC+04:00)

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycanın 44 günlük Zəfər tarixinin bir parçasını özündə əks etdirən “Vətən səmasının sönməyən ulduzları” kitabını nəşr edib. Xatırladırıq ki, Vətən müharibəsində Masallı rayonundan olan şəhidlərin xatirəsinə həsr olunmuş bu kitab Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Zəfər tarixinin xronikası yazılı ədəbi nümunələr və təsvirlərdə” layihəsi çərçivəsində çap olunub.
Layihənin təqdimatında nəzərdə tutulduğu kimi, “Vətən səmasının sönməyən ulduzları” kitabının təqdimat mərasimi sentyabrın 28-də Masallı rayonunda geniş ictimaiyyətin və şəhid ailələri təmsilçilərinin iştirakı ilə baş tutub.
Torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçmiş bütün şəhidlərin ruhunun bir dəqiqəlik ehtiramla anılması ilə başlayan tədbiri İB sədri, layihənin rəhbəri Əli Cəfərov açdı. O, öz çıxışında bu vətənpərvərlik layihəsini maliyyələşdirdiyinə görə Agentliyə təşəkkürünü bildirdi. Daha sonra kitabın çap olunması üçün görülən işlərdən, məlumatların toplanmasından, yazılmasından, redaktə edilməsindən və sonda kitabın çap olunması proseslərindən danışdı. Onu da söylədi ki, belə kitabların sayının daha çox olması, onların bütün məktəblərimizə paylanılması, gənc nəslin hər bir nümayəndəsi üçün əlçatan olması son dərəcə vacibdir. Çünki bu kitablar bizi gələcəyimizlə birləşdirən yaddaş kartlarımızdır. Qarabağ haqqında, eləcə də bizim haqq savaşımız haqqında həqiqətlərin çap olunması, həmçinin torpaqlarımız, namusumuz, qeyrətimiz uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin adbaad tanıdılması bizim müqəddəs borclarımızdandır.
Sonra söz şəhid ailələri adından danışmaq üçün qazi Şahin Ağayevə verildi. O, kitabı ərsəyə gətirənlərə təşəkkür edərək bildirdi kı, şəhidlərimiz yox hər bir vətəndaş Şəhidim deməlidim. Şəhidlər hər birimizin şəhididir dedi.
Daha sonra Qarğalıq kənd tam orta məktəbin müəllimi Telman müəllim çıxış edərək çıxış edərək şəhidlərə xitabən bildirdi kı”Biz sizi torpağa deyil qəlbimizdə dəfn etmişik” dedi.
Rayon ictimaiyyəti adından rayon icra hakimiyyətinin nümayəndəsi Əlmərdan müəlım çıxış edərək bildirdi kı, şəhidlərimiz bizim “kişilik papağımızı qaytardı”söylədi.
Sonda layihə rəhbəri Əli Cəfərov Masallı rayon icra hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşlarına məlumatların yığılıb dəqiqləşdirilməsinə görə təşəkkür etdi. Onu da qeyd etdi ki, şəhidlərimizin həyat və döyüş yolundan bəhs edən “Vətən səmasının sönməyən ulduzları” kitabının nüsxələri bütün şəhid ailələrinə paylanılmaqla yanaşı, rayon təhsil işçilərinə və kitabxanalara təqdim edildi.