Finlandiya hərbçiləri Rusiya ilə sərhədə yaxın torpaq sahibləri ilə müqavilələr bağlayır

29 Sentyabr 2023 16:39 (UTC+04:00)

Finlandiya Müdafiə Nazirliyi Rusiya sərhədi yaxınlığındakı torpaq sahələrinin sahibləri ilə 24 saat ərzində bu ərazilərdə istehkam tikintisinə icazə verən müqavilələr bağlamağa başlayıb.

Aznews.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

Məqalədə deyilir: “Son il yarım ərzində onlarla torpaq sahibi gizli torpaqdan istifadə müqavilələri imzalayıb ki, bu da onların mülklərində möhkəmləndirmə işlərinə 24 saat əvvəldən xəbərdar edilməklə başlamağa imkan verir".

Müqavilə imzalandıqdan sonra torpaq sahəsinin sahibi 750 avro məbləğində birdəfəlik ödəniş alır. Müqavilə 20 il müddətinə qüvvədədir və müdafiə qüvvələrinə ərazilərdə müdafiə strukturları tikməyə, sonradan bu obyektlərin icarəsi üçün ayrıca müqavilələr bağlamağa imkan verir.

“Müdafiə qüvvələri tikintinin başlanmasına ən geci bir gün qalmış ərazinin sahibinə telefon, məktub və ya e-poçt vasitəsilə təcili tikinti üçün istifadə edilməsi barədə məlumat verilir”, - materialda vurğulanır.

Mülkiyyətçinin əmlakına dəyən ziyan ayrıca ödəniləcək.

Mövsüm