İsveçdə quldur dəstələri arasındakı qarşıdurmada 15 gündə 13 nəfər ölüb

29 Sentyabr 2023 16:49 (UTC+04:00)

İsveçdə bu il 44, son 15 gündə isə 13 nəfər dəstələr arasında baş verən zorakılıqlar nəticəsində həyatını itirib.

İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, əhalisinə görə Avropada son 5 ildə ən çox silahlı hücum və qətl törədən ölkə olaraq ilk sırada olan İsveçdə bu il 44 qətl hadisəsi baş verib.

Zorakılığın artmasından sonra televiziyada xalqa müraciət edən İsveçin baş naziri Ulf Kristersson hökumət, polis və ordunun dəstə cinayətlərinə qarşı birgə mübarizə aparacağını bildirib.

Dəstələrlə mübarizə aparmaq üçün lazımi qaynaqlardan istifadə edəcəklərini ifadə edən Kristersson, bazar günündən etibarən polisin dəstə üzvü olduğundan şübhələnilən şəxslərin telefonlarını icazəsiz dinləməsinə icazə verən qanunun qüvvəyə minəcəyini bildirib.

Ordunun dəstələrlə mübarizədə küçələrə çıxmasının mümkün olduğunu izah edən Kristersson, dəstə döyüşlərində ordunun polisə necə kömək edə biləcəyini müzakirə etdiklərini qeyd edib.

İsveç polisinin açıqladığı statistikaya görə, bu il dəstələr arasında 283 silahlı hücum olub. Hücumlarda 44 nəfər ölüb, 87 nəfər yaralanıb.

İsveç Milli Cinayətkarlığın Qarşısının Alınması Şurasının (BRA) dərc etdiyi hesabatda ölkədə son illərdə silahlı hücumların nisbətinin Avropa ölkələri ilə müqayisədə “çox yüksək” olduğu, 1 milyon insandan 1,6-nın bunun nəticəsində öldüyü bildirilir. Avropada hər il hücumlar nəticəsində 1 milyon adam ölür, İsveçdə isə hücumlar nəticəsində orta hesabla 4 ölüm olduğu ifadə edilib.

Mövsüm

Aznews.az