Qadının pulunu oğurlayan gəncə qeyri-adi cəza - Foto

1 Avqust 2013 08:00 (UTC+04:00)
Hindistanda məbədlərin birində bir qadının çantasından 1000 rupi oğurladığı iddia olunan gənc dəhşətli işgəncələrə məruz qalıb.

AzNews.az avropa.info-ya istinadən xəbər verir ki, hadisəni kənardan görən şəxslər onu saçından tutub sürüyərək məbəddən çıxarıblar və sonra soyundurub ölümcül hala düşənədək döyüblər.

Polisin müdaxiləsi sayəsində gənc ölümdən qurtula bilib.

Hadisə il bağlı fotosessiyanı təqdim edirik:

AzNews.az