Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət edib

29 Sentyabr 2023 21:17 (UTC+04:00)

Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət edib.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" sosial hesabında qeyd edib.

"Səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında Dayanıqlı İnkişaf üzrə BMT-Azərbaycan Əməkdaşlıq Çərçivəsinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək", - paylaşımda bildirilir.