Kennedini kim öldürüb - daha bir sirr

1 Avqust 2013 11:00 (UTC+04:00)
Amerika prezidenti Con Kennedinin ölümünün 50 illiyi ərəfəsində onun ölümü ilə bağlı fərqli versiya ortaya atılıb.

"Independent" xəbər verir ki, yeni sənədli filmdə prezidentin gizli xidmətin əməkdaşı Corc Hikinin gülləsi ilə dünyasını dəyişdiyi bildirilir.

Versiyaya görə, Li Harvi Osvald prezidentə atəş açdığı zaman Corc Hiki bunu görüb və ona tərəf atəş açıb.Bu zaman güllə prezidentə dəyib. Yəni Kennedi Osvaldın gülləsindən yox, gizli agentin açdığı atəşdən həlak olub.

Filmdə o da vurğulanır ki, amerikalıların 75 faizi prezidentin ölümü ilə bağlı rəsmi məlumatlara inanmır.

Elnarə
AzNews.az