Suriya lideri Atatürkün şəklini paylaşdı - Fotolar

1 Avqust 2013 10:10 (UTC+04:00)
Ötən həftə İnstagramda hesab açan Suriya lideri Bəşşar Əsədin paylaşdığı ilk fotoşəkillərdən biri də ona hədiyyə edilən "Atatürk portreti"dir. FaktXəbər-in məlumatına görə, bu şəkilin Əsəd tərəfindən İnstagrama daxil edilməsu böyük mübahisə və müzakirələ yol açıb.

Əsədin ən çox şərh alan paylaşmalarından biri olan fotoşəkilin şərh hissəsində qarşılıqlı mübahisə aparan Türk istifadəçilərin çoxu Suriya prezidentinə dəstək verib və Türkiyə hökumətini sərt şəkildə tənqid ediblər.

İstifadəçilərdən bəziləri belə yazıblar: "Sizi sevirik!", "2 aya devriləcək deyirdilər, 3 il oldu. Dirən, Əsəd!", "Buna görə bunlar sənə düşməndirlər."

Qeyd edək ki, sözügedən fotoşəkil bu ilin aprel ayında "Ulusal Kanal"ın Suriyadan hazırladığı reportaj zamanı Əsədə hədiyyə edilib.


AzNews.az