Dünya futbolunda ilk qolu kim vurub?

1 Avqust 2013 11:55 (UTC+04:00)
Futbolun beşiyi sayılan İngiltərə eyni zamanda dünyanın ən keçmiş liqasına ev sahibliyi edir


125-ci ilini qeyd edən İngiltərə Premyer Liqası 1888-ci il sentyabrın 8-i start götürüb.

O gündən indiyə kimi liqanın ilk qolunu, başqa cür desək, futbol tarixinin ilk rəsmi qolunu kimin vurduğu mübahisə edilirdi. Çoxları ilk qolun "Aston Villa"nın futbolçusu Qerşom Koks tərəfindən vurulduğunu zənn edirdi.

Ancaq Robert Boylinq adlı bir futbol eksperti bunun yanlış olduğunu təsdiqləyən faktı ortaya çıxarıb. Boylinqin tapdığı bir elanda "Aston Villa" –"Vulverhempton" matçının əslində nəzərdə tutulan vaxtından yarım saat gec başladığı məlum olub. Bu isə Premyer Liqa və dünyada ilk qolun sahibi hesab edilən Koksun yerli vaxtla 16:01-də fərqləndiyini sübut edib.

Araşdırmalar saat 15:45-də başlayan "Bolton" - "Derbi Kounti" matçında meydan sahiblərinin futbolçusu Ceyms Kanyon Davenportun matçın 2-ci dəqiqəsində qol vurduğunu ortaya çıxarıb. Bununla da, Davenport 1888-ci il sentyabrın 8-i saat 15:47-də rəqib qapısına yol tapmaqla futbol tarixinin ilk qolunun müəllifi kimi yaddaşlara düşüb./qol.az/

AzNews.az