"Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun statusu müəyyənləşib

30 Sentyabr 2023 15:35 (UTC+04:00)

Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı genişləndirilib.

Aznews.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu bu siyahıya əlavə olunub.