Zəngilanda təməli qoyulan 4-cü yaşayış kompleksində 131 mənzil olacaq - FOTO

30 Sentyabr 2023 17:29 (UTC+04:00)

Zəngilanda təməli qoyulan 4-cü yaşayış kompleksində 131 mənzil olacaq.

Aznews.az xəbər verir ki, Zəngilan şəhərinin çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşən 4-cü yaşayış kompleksi iki hektar ərazidə salınır.

Şəhərin Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.