Redaktora 600 şallaq və 7 il həbs

1 Avqust 2013 14:20 (UTC+04:00)
Səudiyyə Ərəbistanında "Səudiyyə liberallarına azadlıq" saytının redaktoru Raif Bədəvi 600 şallaq zərbəsinə və 7 il həbsə məhkum edilib.

Onu islamı təhqir, liberal dəyərləri isə təbliğ etməkdə ittiham ediblər.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, saytda ölkənin din xadimlərinin ünvanına təhqirlər səsləndirilib, dinin insan həyatındakı rolu müzakirəyə çıxarılıb.

Sayt bağlansa da həbs edilən redaktor ittihamları qəbul etməyib.
2012-ci ildən mühakiməsi davam edən Bədəviyə qarşı əvəvllər dinini dəyişmək ittihamı da irəli sürülüb. Ölkə qanunlarına görə, dinini dəyişməyə görə müsəlmanı ölüm hökmü gözləyir. Ancaq sonradan redaktorun üzərindən bu ittiham götürülüb.

Elnarə
AzNews.az