ABŞ Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyib

1 Oktyabr 2023 20:09 (UTC+04:00)

ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyir. Aznews.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin X sosial şəbəkəsində (keçmiş Twitter) dərc olunmuş bəyanatında deyilir.

"Birləşmiş Ştatlar Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə bu gün törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq", - bəyanatda deyilir.

Blinken əmin edib ki, Birləşmiş Ştatlar “bütün formalarda terroru rədd edir” və NATO tərəfdaşı olan Türkiyə ilə həmrəylik ifadə edir.