İspaniyada gecə klubunda yanğın baş verib

2 Oktyabr 2023 07:13 (UTC+04:00)

İspaniyada gecə klubunda yanğın baş verib.

AzNews.az xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Mursiya şəhərində qeydə alınıb.

Səhər saatlarında başlayan yanğında 13 nəfərin həyatını itirdiyi, 4 nəfərin isə tüstüdən zəhərləndiyi bildirilib.

Yanğınsöndürənlər hadisə yerinə gəldikdən 2 saat sonra binaya girməyi bacarıb və əvvəlcə 4 nəfərin, təxminən 40 dəqiqə sonra isə 2 nəfərin cəsədini aşkar ediblər.

Pərvanə