Koronavirus peyvəndlərinin hazırlanmasında əməyi olan macar Katalin Kariko və amerikalı Dreu Ueissman 2023-cü il tibb üzrə Nobel mükafatını qazanıblar.
Aznews.az xəbər verir ki, mükafat verən təşkilat açıqlamasında Macarıstan və ABŞ alimləri Katalin Kariko və Dreu Ueissman "mRNA COVID-19" peyvəndinin yaradılmasına imkan yaradan kəşflərinə görə 2023-cü il Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazandıqlarını bildirib.
Elm dünyasının ən prestijli mükafatlarından olan mükafat İsveçin Karolinska İnstitutu Tibb Universitetinin Nobel Assambleyası tərəfindən seçilir və eyni zamanda 11 milyon İsveç kronu (təxminən 1 milyon dollar) ilə mükafatlandırılır.
Kariko 2022-ci ilə qədər "BioNTech"-də baş vitse-prezident və RNT zülalının dəyişdirilməsinin rəhbəri vəzifəsində çalışıb və o vaxtdan bəri şirkətdə məsləhətçi olub.
O, həmçinin Macarıstanın Szeged Universitetinin professoru və Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbində köməkçi professordur.
Ueissman Perelman Məktəbində peyvənd tədqiqatı professorudur.
Mövsüm