AzNews.az-ın 1 yaşı oldu

1 Avqust 2013 10:57 (UTC+04:00)
Bu gün ölkə mətbuatında özünəməxsus yeri, dəst-xətti olan AzNews.az operativ xəbər portalının yaranmasının 1 ili tamam olur. 2012-ci il avqustun 1-də ilk xəbərləri ilə oxucuların görüşünə gələn AzNews.az operativ, etibarlı və dolğun xəbər siyasəti ilə qısa zamanda oxucuların etimadını qazanaraq xəbər məkanında özünəməxsus yer tutmağı bacarıb.

Ötən 1 il ərzində ictimaiyyətin etibar etdiyi xəbər mənbələri sırasında ön sıralardan qərarlaşan AzNews.az jurnalistlərin peşə-etika qaydalarına riayət etməyi professional fəaliyyətinin mühüm tərkib hissəsi hesab edir.

AzNews.az 1 illik fəaliyyətində Azərbaycan oxucusunun ölkədə, regionda və dünyada baş verən hadisələrlə bağlı xəbər təminatında önəmli yerini qorumaq əzmini sübuta yetirib. Arxada qalan 1 il gələcək fəaliyyətin əsasını qoymağa yetərlidir. Keçmişə dayanıb gələcəyə doğru irəliləməkdə AzNews.az öz sadiq oxucularına güvənir. Oxucuların etimadı bizim uğurumuz, oxucuların etimadı bizim təminatımızdır.