Rusiya Argentinanın BRİKS-ə üzv olmaq qərarını alqışlayır - Lavrov

2 Oktyabr 2023 16:52 (UTC+04:00)

Rusiya Argentinanın BRİKS-ə qoşulması ilə bağlı qərarı alqışlayır.

Aznews.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Latın Amerikası parlament konfransının iştirakçılarına videomüraciətində bildirib.

“Məmnunluq hissi ilə qeyd edirik ki, Cənubi Amerikanın aparıcı ölkələrindən biri olan Argentina BRİKS liderlərinin avqust ayında Yohannesburqda keçirilən sammitində qəbul edilmiş qərara əsasən, yeni müasir tipli bu çoxtərəfli birliyin tamhüquqlu üzvü olmağa dəvət olunub",- Lavrov qeyd edib.

O əlavə edib ki, Rusiya region ölkələrinin əsas beynəlxalq təşkilatlarda, o cümlədən BMT, G20 və BRİKS-də layiqli təmsil olunmasının tərəfdarıdır.

Mövsüm