ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması perspektivi yoxdur

2 Oktyabr 2023 17:02 (UTC+04:00)

Vaşinqton hazırkı siyasət trayektoriyasını dəyişmək qərarına gəlməyincə, Moskva Birləşmiş Ştatlar ilə ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün heç bir perspektiv görmür.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Düşünmürəm ki, onlar özlərinə gəlib bu istiqamətdə siyasətini dəyişməyincə münasibətlərin yaxşılaşdırılması üçün heç bir perspektiv olmayacaq”, - Ryabkov jurnalistlərə bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, hər iki tərəf “diplomatik missiyaların fəaliyyəti, vizaların verilməsi məsələləri, eləcə də bəzi təsadüfi humanitar vəziyyətlərlə bağlı ikitərəfli münasibətlərin sırf texniki aspektlərini” davam etdirir.

Mövsüm