Amsterdamda dekabrın 8-dən sürət həddi 30 km/saata endiriləcək

2 Oktyabr 2023 17:10 (UTC+04:00)

Dekabrın 8-dən Amsterdamda avtomobillər üçün sürət həddi 30 km/saata endiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə Niderlandın "NL Times" nəşri məlumat yayıb .

Nəşr qeyd edib ki, bazar ertəsindən başlayaraq şəhərdə 5 minə yaxın yeni sürət nişanı quraşdırılacaq. Eyni zamanda, yollarda düzəlişlər yalnız dekabrın 8-dən sonra baş verəcək.

Beləliklə, Amsterdam yollarının 80%-dən çoxunda yeni sürət həddi olacaq, lakin ayrıca marşrut üzrə işləyən avtobus və tramvayların hələ də 50 km/saat sürətlə hərəkət etməsinə icazə veriləcək.

Səlahiyyətlilərin bu qərarı bələdiyyənin paytaxtda nəqliyyatın hərəkətini təhlükəsiz və sakit etmək, habelə qəzaların sayını 20-30% azaltmaq istəyi ilə izah olunur.

Nəşr əlavə edib ki, yeni sürət həddinin tətbiqi orta məktəblərdə də müzakirə olunacaq. Uşaqlara 30 km/saat və 50 km/saat sürətlə toqquşmanın təsirlərini müqayisə etməli olduqları test veriləcək.

Hal-hazırda Niderlandda sürət həddi yaşayış məntəqələrində hərəkət edərkən 50 km/saat, yaşayış yerindən kənarda 80 km/saat, müvafiq yollarda isə 100 və 130 km/saatdır.

Mövsüm