KOBİA-nın Müşahidə Şurasının iclasında gələn ilin prioritetləri müzakirə edilib

2 Oktyabr 2023 23:47 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

"Aznews.az" xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkə platformasında bildirib.

“İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə KOBİA-nın Müşahidə Şurasının iclasında fəaliyyətimizə dair məlumat verdik, gələn ilin prioritetlərini müzakirə etdik. Şuranın üzvləri həmçinin Bakı KOB evinin fəaliyyətilə tanış olub, KOBİA-nın kollektivi ilə görüşüb”, - məlumatda qeyd olunub.