Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər

2 Oktyabr 2023 23:59 (UTC+04:00)

Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığması oktyabrın 4-dən 8-dək Portuqaliyanın Odivelas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.

"Aznews.az" xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzulayıblar.

Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

Oktyabrın 4-dən 7-dək çempionatın fərdi yarışları, oktyabrın 8-də isə komanda yarışları keçiriləcək.

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.