Ermənistan parlamenti öz iclasında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.
Aznews.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Roma Statutunun ratifikasiyası ilə bağlı müzakirələrdə yalnız baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” fraksiyası iştirak edib. O, dərhal bu qanun layihəsinin qəbuluna səs verəcəyini bildirib.
Mülki müqavilənin deputatı Eduard Aqadjanyan bildirib ki, İrəvan Moskvanın bu məsələdə mövqeyini bilir, lakin Ermənistan öz maraqlarını rəhbər tutacaq.
Mövsüm