Sürücü-departament işçisi davası; Sürücü döyüldü, avtomoboli yararsız hala düşdü

1 Avqust 2013 15:47 (UTC+04:00)
Bu gün Metronun "20 Yanvar" stansiyasının qarşısında Nəqliyyat Departamentinin əməkdaşları ilə adı çəkilən ərazidə taksi xidməti göstərən sürücülərdən biri arasında insident baş verib.

AzNews.az-ın məlumatına görə, insidentə səbəb departament əməkdaşlarının taksi sürücüsünün sənədlərini alması olub. Sənədlərini geri almaq istəyən sürücü taksi fəaliyyəti ilə məşğul olmadığını bildirsə də,departament əməkdaşları onu idarəyə aparmaq istəyiblər. Bu zaman sürücü etiraz əlaməti olaraq öz maşınına zərər vurub. Ərazidəki digər sürücülər onu sakitləşdirdikdən sonra sürücü maşınını ərazidə qoyaraq departament əməkdaşları ilə getməyə məcbur olub.

Baş verən insidenti müşahidə edən əməkdaşımızın məlumatına görə, Nəqliyyat Departamentinin işçiləri sürücünü idarəyə apararkən, onunla hədsiz kobud davranıb, sürücüyə şiddət tətbiq ediblər. Hadisə yerində polis əməkdaşları olsa da, onlar insidentə müdaxilə etməyiblər.
Qeyd edək ki, bu hal Nəqliyyat Departamenti əməkdaşlarının taksi sürücüləri ilə yaşadıqları ilk insident deyil. Buna qədər taksi sürücüləri ilə departament əməkdaşları arasında yaşanan onlarla hadisənin videosu yayılıb.

Xatirə
AzNews.az