Tbilisidə dünyaca məşhur otel tikiləcək

2 Avqust 2013 07:05 (UTC+04:00)
"Silk roud biznes qrup" şirkəti və "VTB Gürcüstan" bankı Tbilisidə "Park inn" mehmanxanasının tikintisinə 15 milyon larinin (1 dollar = 1,65 lari) ayrılması haqqında müqavilə bağlayıblar.

Müqavilənin şərtlərinə görə, 2 ildən sonra şəhərin mərkəzində keçmiş Tbilisi poçt binasında "Park inn" yeni mehmanxanası açılacaq.

Mehmanxana təxminən 2015-ci ilin 3-cü rübündə işə başlayacaq.
"Rezidor qrup" brend sahibinin məlumatına görə, 200 nömrəli mehmanxana orta sinif müştəriləri üçün nəzərdə tutulub.

Bu gün "Rezidor qrup" artıq Tbilisi və Batumidə "Redisson" mehmanxanalarını idarə edir, həmçinin Gürcüstanın kurort regionlarında mehmanxanalar tikir. Layihənin tam qiyməti 22 milyon lari təşkil edir.
"Rezidor qrup" dünyanın ən böyük on mehmanxana şəbəkəsinə daxildir.//trend//

AzNews.az