Prezident sarayı raket atəşinə tutuldu

2 Avqust 2013 07:33 (UTC+04:00)

Bu gecə Livanın paytaxtı Beyrud şəhərində Prezident sarayı, Müdafiə Naziriyi və baş ştabın yerləşdiyi ərazi raket atəşinə tutulub.

Naməlum silahlılar tərəfindən atılan raketlərdən biri Prezident sarayının 100 mertliyinə düşüb. Daha bir raket isə Səudiyyə Ərəbistanı səfirliyi yaxınlığında partlayıb. İlkin məlumatlara görə, ölən və ya xəsarət alanlar yoxdur.

Raketlərin dağlıq rayon olan Dhur-Aramun istiqamətindən atıldığı bildirilir.

Analitiklər hadisəni qonşu Suriyada baş verən hadisələrlə əlaqələndiriblər.

Elnarə
AzNews.az