Barak Obama daha bir qadını nazir postuna gətirir

2 Avqust 2013 07:46 (UTC+04:00)
Amerika prezidenti Barak Obama hərbi-hava qüvvələri naziri vəzifəsinə Debor Li Ceymsin namizədliyini irəli sürüb.

"Reuters"in məlumatına görə, xanım Ceyms vəzifəyə təsdiqlənmək üçün Senatda səsvermədə tələb olunan qədər səs toplamalıdır. Ceymsin namizədliyi təsdiqlənəcəyi təqdirdə o, bu postu tutan ikinci qadın olacaq. İlk dəfə 1994-1997-ci illərdə hərbi hava qüvvələri naziri postunu Şeyla Uidnell tutub.

Hazırda Ceymc "Science Applications International Corporation"da top menecerdir. Bill Klintonun prezidentliyi dönəmində bu qadın müdafiə nazirinin müavini olub.

Elnarə
AzNews.az