İranın sabiq prezidenti Mahmud Əhmədinejadın Mərkəzi Amerika ölkəsi Qvatemalaya getmək üçün gəldiyi Tehran hava limanında pasportu müsadirə edilib və ölkəni tərk etməyə icazə verilməyib.
Keçmiş prezidentə yaxınlığı ilə tanınan “dolatebahar.ir” saytının Teleqram hesabında paylaşılan xəbərə görə, beynəlxalq su ehtiyatlarının idarə edilməsi simpoziumunda iştirak etmək üçün Qvatemalaya getmək üçün hava limanında olan Əhmədinejad kəşfiyyat qüvvələri tərəfindən əngəllənib.
“Özlərini kəşfiyyat və təhlükəsizlik işçisi kimi təqdim edən şəxslər bu gün İmam Xomeyni hava limanına gələrək Əhmədinejadın pasportunu ələ keçirib və İran millətinin qulluqçusunun Qvatemalaya getməsinə mane olublar”,-deyə xəbərdə qeyd edilib.
İranın “İttilaat” qəzeti təhlükəsizlik rəsmilərinin “beynəlxalq sanksiyalara görə həbs olunma ehtimalı” və Qvatemaladakı “qeyri-sabit təhlükəsizlik və siyasi şərait” səbəbindən Əhmədinejada ölkəni tərk etməməyi tövsiyə etdiyini və Əhmədinejadın səfərinin ləğv edildiyini yazıb.
ABŞ prezidenti Co Bayden İranın keçmiş prezidenti Əhmədinejadı və İran Kəşfiyyat Nazirliyini sentyabrın 18-də Tehran arasında məhbus mübadiləsi zamanı ABŞ vətəndaşlarının İranda "ədalətsiz" saxlanmasında oynadıqları rola görə sanksiya siyahısına daxil etdiyini açıqlayıb.
Əhmədinejad 2005-2013-cü illərdə iki müddət İran prezidenti olub. ABŞ administrasiyası 2007-ci ildə İranda itkin düşdüyü bildirilən Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş əməkdaşı Robert Levinsona görə o vaxtkı prezident Əhmədinejadı və Kəşfiyyat Nazirliyini günahlandırır.
Mövsüm
Aznews.az