Elza Seyidcahan oğluna toy etməyə hazırlaşır

2 Avqust 2013 07:57 (UTC+04:00)
"Oğlumu evləndirmək istəyirəm. İndidən gəlinim üçün xonça hazırlamağa başlamışam. Namizədim də var. Əgər alınarsa, bu il toy edəcəm".

Bu sözləri Axşam.az saytına açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.

Müğənni sonuncu konsertində aldığı hədiyyələrin əksəriyyətini gəlin xonçasına yığdığını deyib:

"Konsertimdə çoxlu hədiyyələr aldım. Onlardan biri də Brilliant Dadaşovanın bağışladığı kosmetik vasitə idi. Çox xoşuma gəldi, qoydum gəlin xonçasına".

"Su şousu"ndan danışan Elza Seyidcahan həmkarlarının konsertə gələ bilməməsinə sevinib:

"Gecədə çox qonaq var idi. Bu da məni sevindirirdi. Sənətçi dostlarımın bəziləri gələ bilmədi, amma məyus olmadım. Hətta deyirəm ki, nə yaxşı gəlməyiblər, oturmağa yer tapmayacaqdılar, mən də narahat qalacaqdım".

AzNews.az