49 yaşlı kişi ayaqyolunda özünü asdı

2 Avqust 2013 08:03 (UTC+04:00)
Şəmkirdə intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Təzəkənd kənd sakini, 1964-cü il təvəllüdlü Çərkəz Səfər oğlu Cəfərov yaşadığı evin ayaqyolunda özünü asıb.

Mərhumun meyiti ailəsi tərəfindən aşkar edilib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az