Qadının mənzilindən qiymətli xəzlər oğurlandı - Bakıda

2 Avqust 2013 08:15 (UTC+04:00)
Bakının Yasamal rayonu ərazisində mənzildən qiymətli xəz geyimlər oğurlanıb.


Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, İnşaatçılar prospekti 77 ünvanındakı mənzil qarət edilib.

Ev sahibi Ləman Kaşıyevanın məzilindən samur xəzindən iki kürk, iki xəz jilet, 200 manat pul, planşet və netbuk oğurlanıb.

L.Kaşıyeva polisə bildirib ki, hadisə onun iyul ayından avqustun 1-dək evdə olmadığı müddətdə baş verib. Naməlum şəxslər evin qapısının kilidini sındırmaqla cinayəti törədiblər.

Hazırda polis əməkdaşları oğurluğun üstünü açmaq üçün əməliyyat-axtarış tədbiri həyata keçirirlər.

AzNews.az