Səhər saatlarında dəhşətli intihar
2 Avqust 2013 08:23 (UTC+04:00)
Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 08 radələrində Babək prospekti 95 ünvanında 1964-cü il təvəllüdlü Rəhimova Kifayət Tofiq qızı özünü 5-ci mərtəbənin eyvanından atıb. Qadın hadisə yerindəcə keçinib.
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb. İntiharın səbəbləri araşdırılır.
AzNews.az