“Ermənistana sağlam düşüncə lazımdır“

2 Avqust 2013 08:28 (UTC+04:00)
Türkiyə-Ermənistan sərhədində Türkiyə vətəndaşının həlak olması ilə nəticələnən sonuncu insident göstərir ki, Ermənistana qonşu ölkələrlə münasibətdə və Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün sağlam düşüncə lazımdır.

Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda deyilir ki, Türkiyə itmiş heyvanı axtararkən Ermənistan sərhədini təsadüfən keçmiş türkiyəli çobanın Ermənistan hərbçiləri tərəfindən öldürülməsini pisləyir:

"Sərhədi təsadüfən keçdiyinə görə günahsız Türkiyə vətəndaşının ölümü yolverilməzdir və bununla əlaqədar zəruri diplomatik tədbirlər görüləcək".

Xatırladaq ki, iyulun 31-də türkiyəli çoban Mustafa Ülkər Ermənistan SQ-nin hərbçiləri tərəfindən yaralanıb və o, aldığı yaralardan vəfat edib.
Qeyd edək ki, çoban itmiş heyvanı axtararkən təsadüfən Ermənistan sərhədini keçib və erməni hərbçiləri ona atəş açıblar. Daha sonra çoban saxlanılıb.

Qars vilayətinin Akkaya rayon administrasiyasının rəhbəri Osman Uğurlu bildirib ki, Türkiyə sərhəd batalyonu komandirinin Ermənistan tərəfi ilə apardığı danışıqlar nəticəsində Ülkərin meyiti Türkiyəyə təhvil verilib.

AzNews.az