Tərtər sakini minaya düşərək həlak olub

6 Oktyabr 2023 18:03 (UTC+04:00)

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Aznews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Araşdırma aparılır.