Azərbaycan Ordusunun hərbçisi Füzulidə yol qəzasında həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, oktyabrın 6-sı saat 03:45 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babayev Ziya Baba oğlu həlak olub.
"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir", məlumatda deyilir.