Xocalıda yeni narkotik plantasiyası aşkarlanıb - FOTO

6 Oktyabr 2023 18:35 (UTC+04:00)

Xocalı rayonunun Təzəbinə kəndində yeni narkotik plantasiyası aşkarlanıb.

Bu barədə Trend-in Xocalıya ezam olunmuş əməkdaşı xəbər verib.

Belə ki, 10 hektardan artıq ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyası aşkarlanıb.

Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları narkoplantasiyanın aşkarlandığı ərazidədir.