İbrahimbəyovun gizli saxlanan daha bir üçlü görüşü - FOTO

2 Avqust 2013 08:30 (UTC+04:00)
Milli Şuranın Tiflis görüşü başa çatsa da, orada baş verənlər hələ də günün müzakirə mövzusudur. Ələlxüsus da ki, Müsavat başqanı İsa Qəmbərlə müxalifətin vahid namizədi, Milli Şura sədri Rüstəm İbrahimov görüşü.

Görüş baş tutan gün məlumat yayıldı ki, Müsavat başqanı ilə Milli Şura sədrinin təkbətək görüşəcək və həftələrdir qurum daxilində baş verən müəyyən söz-söhbətlərə, anlaşılmazlıqlara aydınlıq gətiriləcək.

Sonra məlum oldu ki, R.İbrahimbəyov İ. Qəmbərlə görüşündə Eldar Namazovun da iştirak etməsini istəyib. Və beləliklə, üçlü bir görüş baş tutub.

AzNews.az-ın əldə etdiyi məlumata görə, üçlü görüşdən əvvəl İbrahimbəyov seçki qərargahının rəhbərliyində təmsil olunan, "El" hərəkatının üzvləri politoloq Zəfər Quliyev və Köçəri Nağıbəylini qəbul edib və onlarla yarım saat söhbət edib. Görüşün ikinci hissəsində Eldar Namazov da iştirak edib. Mənbə qeyd edir ki, İbrahimbəyov onlarla Milli Şura ilə bağlı bəzi məsləhətləşmələr apardıqdan sonra İsa Qəmbərlə görüşüb.
Bu da İbrahimbəyov-İ.Qəmbər görüşündə konkret qərarların qəbulundan xəbər verir.

Lalə
AzNews.az