ABŞ müsəlman ölkələrindəki səfirliklərini bağlayır - ŞOK

2 Avqust 2013 08:32 (UTC+04:00)
ABŞ Dövlət Departamenti bəzi ölkələrdəki diplomatik missiyalarının fəaliyyətini dayandırmaq qərarına gəlib.


"France-Presse"in məlumatına görə, bu barədə məlumatı ABŞ-ın xarici siyasət idarəsinin mətbuat katibi Mari Xarf verib. Onun sözlərinə görə, Dövlət Departamenti bəzi ölkələrdəki səfirlik və konsulluqlara avqustun 4-də fəaliyyət göstərməmək barədə tapşırıq verib. Buna səbəb həmin diplomatik nümayəndəliklərdə çalışanların təhlükəsizlik tədbirlərinin həlli ilə bağlıdır. Bununla belə Amerikanın hansı ölkələrdəki səfirliklərinin bağlanacağı barədə məlumat verilmir.

"Associated Press" iddia edir ki, söhbət müsəlman ölkələrindəki diplomatik missiyaların fəaliyyətinin dayandırılmasından gedir. Latın Amerikası və Avropa ölkələrində bazar günləri səfirlik bağlı olsa da, bəzi müsəlman ölkələrində bazar günü iş günü hesab edilir.

Elnarə
AzNews.az