Paşinyan Qarabağdakı sülhməramlıların Rusiyaya qayıtmasını istəyir

10 Oktyabr 2023 18:59 (UTC+04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlılarının Ermənistana köçürülməsinin əleyhinədir.

Aznews.az TASS-a istinadən xəbər verir ki, Paşinyan bildirib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsələr, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiya Federasiyasına qayıtmalıdırlar.