Lütfəli Babayev döyülməsi xəbərindən danışdı - ÖZƏL

2 Avqust 2013 10:06 (UTC+04:00)
"Mən o qəzetləri oxumuram və orada yazılanlarla bağlı heç bir şərh vermək istəmirəm. O qəzetləri sizlər oxusanız, bəsdir".

Bunu AzNews.az-a açıqlamasında Zərdabın icra başçısı Lütfəli Babayev kabinetində qara maskalılar tərəfindən döyülməsi barədə "Yeni Müsavat"da yer alan xəbərə münasibət bildirərkən deyib.

Qeyd edək ki, məlumata görə "qara maskalılar" icra başçının kabinetinə hücum edərək döyüb, sonra isə Bakıya aparıblar. Ancaq icra başçısı bu barədə məlumata heç bir şərh vermək istəmədi. Və bunu ümumiyyətlə, barəsində belə məlumatlar yayan qəzetləri oxumaması ilə əlaqələndirdi.

Elnarə
AzNews.az