Erməni soyqırımını tanıyan azərbaycanlı yazıçı uşaqbaz imiş - VİDEO

2 Avqust 2013 10:20 (UTC+04:00)
Azərbaycan əsilli yazıçı, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Eduard Bağırov pedofillərə qarşı ictimai mübarizə fəalları tərəfindən faş edilib.

Modern.az bildirir ki, internetdə pedofillərə qarşı mübarizə aparan könüllülərin yaydığı videorolikdə E.Bağırov sərt formada təhqir olunur və ondan kamera qarşısında azyaşlılara qarşı etdiyi cinayəti etiraf etmək tələb olunur.

Sarsılmış və çox qorxduğu açıq görünən E. Bağırov könüllülərin rəhbir Tesakın dediklərini təsdiqləyir. Video böyük ictimai rezonans doğurub. Hərəkatın rəhbəri Tesak azyaşlılara qarşı cinsi həvəs göstərən şəxsləri müxtəlif yollarla görüş yerinə çağırır və orada döyüb etiraflarını video ilə yayırlar.

Qeyd edək ki, E. Bağırov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir müddət öncə qondarma "erməni soyqırımı"nı tanıdığını bəyan edib və buna görə Azərbaycan ziyalıları arasında ciddi etiraz doğurub. Yazıçı eyni zamanda prezident seçkilərində Vladimir Putinin səlahoyyətli nümayəndəsi olub.



AzNews.az