İran: İsrail müharibə cinayətləri törətməyə davam edərsə, yeni cəbhə açılacaq

13 Oktyabr 2023 11:07 (UTC+04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailin Qəzzaya qarşı hərbi cinayətlərinin davam edəcəyi təqdirdə yeni cəbhənin açılmasının mümkün olduğunu bildirib.

Aznews.az xəbər verir ki, Abdullahian İraq səfərindən sonra gəldiyi Livanın Beyrut Beynəlxalq Hava Limanında keçirdiyi mətbuat konfransında İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlama verib.

İranlı nazir: "Biz Beyruta digər müsəlman dövlətləri ilə birlikdə İsrailin Qəzza xalqına qarşı törətdiyi qətllərə daha dözməyəcəyimizi yüksək səslə bəyan etmək üçün gəldik",-deyə qeyd edib.

Mövsüm