Fərdi nəqliyyat vasitələrinin Bakıya girişi məhdudlaşdırılacaq

2 Avqust 2013 11:06 (UTC+04:00)
Gələcəkdə Bakı şəhərinin bütün giriş yollarında xüsusi terminallar təşkil olunacaq.


Bu terminallar vasitəsilə paytaxta fərdi nəqliyyat vasitələrinin buraxılmasına məhdudiyyət qoyulacaq. "APA-Economics"in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev "Böyük Bakının Regional İnkişaf Planı"na həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni planda şəhərin inkişafı, nəqliyyat sisteminin inkişafı və ekoloji cəhətdən yaxşılaşdırılması istiqamətində bir çox təkliflər nəzərdə tutulub.

AzNews.az