Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verdi
2 Avqust 2013 11:06 (UTC+04:00)
Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 48 yaşlı Rami Doğan Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.
Qeyd edək ki, Rami Doğan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
AzNews.az