Keçmiş məhkumların adaptasiyasında daha bir addım

2 Avqust 2013 11:29 (UTC+04:00)
"Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi "Penitensiar müəssisələrdən azad olunmuş şəxslərin sosial adaptasiyası işinin təşkilinə yardım və azadlığa çıxmağa hazırlaşan məhkumların maarifləndirilməsi" layihəsini başa çatdırıb.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə aprel-iyul aylarında reallaşıb.

Layihənin əsas məqsədi penitensiar müəssisələrdən azad olunan şəxslərin sosial adaptasiyası işinin təşkilinə yardım göstərmək və azadlığa çıxmağa hazırlaşan məhkumları sosial adaptasiya tədirləri ilə bağlı maarifləndirməkdən ibarət idi.

Layihə çərçivəsində penitensiar müəssisələrdən azad olunan şəxslərin sosial adaptasiyası işinin təşkilinə yardım göstərmək, onların hüquqlarının müdafiəsi, hüquqi yardım, birdəfəlik müavinət, ünvanlı sosial yardım və şəxsiyyət vəsiqəsi almasınakömək kimi məslələr daxil olub.

Layihə çərçivəsində penitensiar müəssisələrdən azad olunan şəxslərə hüquqi məsləhətlər verilib, hüquqları dövlət orqanlarında, məhkəmələrdə və digər qurumlarda müdafiə edilib. Hüquqşünas və sosial işçi belə şəxslərin müxtəlif problemlərini müəyyən edərək həllinə kömək göstərib.

Müraciət edən şəxslərin sosial problemlərinin həll olunması məqsədilə müxtəlif dövlət orqanlarına və biznes qurumlarına müraciətlər edilib. Layihə komandasının üzvləri penitensiar müəssisələrdən azad olunan şəxslərin işlə təmin olunması üçün Məşğulluq Mərkəzləri, biznes qurumları və işədüzəltmə xidmətləri ilə sıx əməkdaşlıq edib. Eyni zamanda tibbi xidmətlərə ehtiyacı olan keçmiş məhkumlar tibbi müəssisələrinə yönləndirilib.

10 müəssisədə cəza çəkən şəxslər üçün azadlığa çıxdıqdan sonra sosail adaptasiya məsələləri mövzusunda seminarlar keçirilib. Hər seminarda azadlığa çıxmağa hazırlaşan 50 nəfər iştirak edib. Seminarlarda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələridə iştirak edərək məhkumları maraqlandıran sualları cavablandırıb.

Elnarə
AzNews.az