Seks- tanışlıq saytının qatilləri həbs edildi- VİDEO

2 Avqust 2013 18:11 (UTC+04:00)
Moskvada bahalı maşın sahiblərini qətlə yetirən banda yaxalanıb.

AzNews.az-ın teleqraf.com-a istinadən xəbər verir ki, sözügedən dəstə bu cinayətləri tanışlıq saytı vasitəsilə həyata keçirirmiş. Hüquq-mühafizəçilərinin araşdırmasına görə, Ramenski şəhərinin sakini olan 21 yaşlı qız seks saytında böyük populyarlıq qazanıb. Zarema adlı istifadəçi orada müxtəlif açıq-saçıq şəkillərini yerləşdirib. Şərq görünüşlü qız saytda hamının diqqətini çəkib. Amma bu gözəl çəkiciliyin arxasında böyük planlar dayanırmış.

Moskva vilayət istintaq idarəsindən verilən məlumata görə, Zarema və onun üç tərəfdaşı potensial sevgililərin hamısını əvvəlcədən araşdırıblar.

Bahalı avtomobili olan şəxsləri əvvəlcədən kirayə götürülən kotecə görüşə çağırılıblar. Daha sonra bandanın digər üzvləri həmin məkana hücum ediblər. Avtomobil onun əlindən alınıb və sonra planın digər hissəsi həyata keçırılıb. Avtomobilin hissələri aşağı qiymətə satışa çıxarılıb.

Amma bandanın son planı baş tutmayıb. Cinayətkar qrup 23 yaşlı gəncin "Şevrole Kruz" avtomobilini sata bilməyiblər. Banda üzvləri onu bağ evində tələyə salıblar. Daha sonra avtomobil sahibinin üstünə hücum edərək onu boğublar. Banda üzvlərinin dediyinə görə, maşın sahibini öldürmək onların planına daxil deyilmiş: "Biz "Şevrole-Kruz"u onun əlindən alıb hissə-hissə satacaqdıq. Onu isə meşədə ağaca sarıyıb aradan çıxacaqdıq".

İstintaq işçilərinin bununla bağlı öz versiyaları var: "Banda üzvləri həmin şəxsi basdırmaq istəyiblər. Görüblər torpaq nəmdur. Daha sonra onu suda batırmağa çalışıblar. Amma sonra hansısa səbəbdən bu fikirdən vaz keçiblər".

Qeyd edək ki, bandanın əməlləri barədə məlumat toplamaq üçün hüquq-mühafizə orqanları Zaremanın qeydiyyatdan keçdiyi saytda onun profilini ələ keçirib.

Zarema ilə aktiv danışıqlar aparan "Mersedes C180" markalı avtomobilin sahibini də eyni aqibət gözləyirmiş. Amma operativ əməliyyatçıların müdaxiləsi neçə belə insanın həyatını xilas edib.

Saxlanılandan sonra bandanın bütün üzvləri operativ əməliyyatçılarla əməkdaşlıq edib. Yalnız bir nəfər- Nikulin soyadlı şəxs bundan imtina edib. Qeyri-rəsmi mənbələrin bildirdiyinə görə, həmin şəxs Udmurtiya Respublikası Ali Məhkəməsini sədrinin qohumudur.

Əməliyyatçılar cinayətkar qrupun başqa cinaytlərdə əli olduğunu da istisna etmir.

İstintaq materiallarında o da məlum olub ki, bandanın qurbanları işərisində tanınmış şəxslər də olub. Onlar arasında Mayakovski adına Teatrın aktyoru Vyaçeslav Titov da olub. 40 yaşlı aktyor Novoqorojski küçəsindəki mənzildə lüt, başına paket keçirilmiş şəkildə tapılıb.

5 il əvvəl isə jurnalist İlyas Şurpayev eyni dəstə üzvləri tərəfindən qətlə yetirilib. Tibb-ekspertizanın nəticələrinə görə, televiziya əməkdaşı boğularaq qətlə yetirilib. Onun cəsədi tapılanda boğazında şalvar kəməri, bədənində isə bıçaq yaraları olub.

İstintaq zamanı o da məlum olub ki, qatillər jurnalistin evinə öz izni ilə giriblər. Çünki o, ölümündən əvvəl qapıçıya zəng edərək iki nəfər Qafqaz görünüşlü şəxsləri binaya buraxmağı tapşırıb.



AzNews.az