İran prezidenti Misirə: Rəfah Sərhəd Qapısını açın

19 Oktyabr 2023 16:31 (UTC+04:00)

İran prezidenti İbrahim Rəisi Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısının ən qısa zamanda açılmasını və Qəzzalılara yardımların çatdırılmasını istəyib.

Rəisi X sosial media platformasındakı paylaşımında Misir hökumətinə və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) müraciət edib.

İran prezidenti, "Misir hökuməti və İƏT-dən gözləntimiz ən qısa zamanda Rəfah Sərhəd Qapısının açılması və Qəzzada məzlumlara yardımların çatdırılmasıdır",-deyə qeyd edib.

Mövsüm

Aznews.az